Azərbaycanda dövlət satınalmalarına dair qanunu pozanlar cinayət məsuliyyəti daşıyacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda dövlət satınalmalarına dair qanunu pozanlar cinayət məsuliyyəti daşıyacaq


Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti qanunda nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.

"Report" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünküiclasında müzkakirəyə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır və dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.

Bu səbəbdən bu əməllər hüquq pozuntusu kimi inzibati xəta tərkibini yaratsa da məsuliyyətə cəlb etmə müddəti qısa olduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkün olur və həmin müddət pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmir.

Qanun layihəsində dövlət satınalmalar haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasən bu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Oxşar xəbərlər

İstehlakçıların az miqdarda aldadılması ilə cinayət məsuliyyəti yaradan hal ilk oxunuşda təsdiqlənib
Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ilk oxunuşda təsdiqlənib
Bu şəxslərlə bağlı yeni cəzalar müəyyən edilir
Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
Ov etmək qaydalarını pozan şəxslərin iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər