Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
sizinxeber.az xəbər saytı

Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir


Ov etmək qaydalarının pozulmasına görə sanksiyalar müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-3-cü maddəyə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.

Oxşar xəbərlər

Heyvanlarla rəhmsiz rəftarı təbliğ edənlər cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sürücülük hüququ olmadan avtomobil idarə edilməsinə görə cərimələr artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərlə bağlı yeni cəzalar müəyyən edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər