Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfər dəvətini qəbul edib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
"Sahibə Qafarova Valentina Matviyenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. Federasiya Şurasının sədri dəvəti qəbul edib. Səfərin dəqiq tarixi razılaşdırılacaq", - məlumatda qeyd olunub.
Bildirilib ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüş zamanı V.Matviyenko və S.Qafarova parlament əlaqələrini aktivləşdirmək barədə razılığa gəliblər.
Bundan əlavə, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən parlament xətti üzrə, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət müzakirə olunub.
Oxşar xəbərlər
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Matviyenko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib
Matviyenko: Qərbin MDB ölkələrinə təzyiqləri, sözsüz ki, mövcuddur
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
