Rusiya COP29 çərçivəsində keçiriləcək parlament konfransında iştirak edəcək
Rusiya həm COP29, həm də konfrans çərçivəsində keçiriləcək parlament konfransında yüksək səviyyədə iştirak edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Görüşdə COP29-a hazırlıqla bağlı görülən işlər müzakirə edilib. Bu mühüm beynəlxalq tədbirin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğu qeyd edilib. Azərbaycanın qlobal problemlərin həllinə töhfələri yüksək qiymətləndirilib.
Söhbət zamanı həmçinin Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər və təşkilatın anti-Azərbaycan fəaliyyəti tənqid edilib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, AP-nin bu addımları parlamentarizm ruhuna uyğun deyil və ölkəmiz Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnamələrini qəti şəkildə rədd edir. O, parlamentlər arasında əlaqələrdə obyektiv fikirlərin, dialoqun əhəmiyyətini qeyd edib.
Oxşar xəbərlər
MM sədri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Sahibə Qafarova: Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
