Ağstafada minaya düşərək həlak olan şəxs qohumlarının yanına qonaq gedibmiş.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağstafa rayonunun Ceyrançöl ərazisində minaya düşərək həlak olan Rəsul Şahin oğlu Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.
Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.