Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb
sizinxeber.az xəbər saytı

Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb


Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında komitə sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, minatəmizləyənlərə təklif edilən güzəşt və imtiyazların tətbiqi üçün müvafiq qanunlara dəyişiklik edilə bilər:

“Bu haqda da aidiyyəti qurumlarla danışıq aparılıb”.

Xatırladaq ki, adıçəkilən komitədə qanun layihəsinin birinci oxunuşu zamanı deputat Səbinə Salmanova minatəmizləyənlərə vəzifələrini icra edərkən həlak olduqları halda şəhid statusunun verilməsini təklif etmişdi.

Oxşar xəbərlər

Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib
Minatəmizləmə zamanı həlak olanlara şəhid adının verilməsi təklif olunub
Xocalıda küçələrdən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif olunur
Azərbaycanda minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər