sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib
Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova deyib.
O həmçinin təklif edib ki, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin:
"Təmsil olunduğum Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələyə dair “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlana bilər".
Oxşar xəbərlər
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ... - Qərar
Əmək pensiyası hüququ olan hərbçilərlə bağlı yeni tələblər müəyyən edilir
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişib
Pensiyaya çıxmaq istəyənər üçün vacib xəbər - Bunları bilməlisiniz!
Hansı qadınların pensiyaya daha tez çıxa biləcəkləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













