XİN: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi qəbuledilməzdir
Rusiyanın dövlət kanalı olan "1-ci" kanalın "Zaman göstərər" ("Vremya pokajet") verilişində mayın 6-da Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin yerli medianın sualına cavabında bildirilib.
Qeyd olunub ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
"Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir. Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
XİN: Rusiyanın dövlət kanalında Azərbaycan xəritəsinin təhrif olunması qəbuledilməzdir
Rəsmi Bakı: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi yolverilməzdir
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Rusiyalı funksional çoxnövçülük çempionu öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
