Sammitdə iştirakım bunun reallıq olduğunu açıq şəkildə göstərir
sizinxeber.az xəbər saytı

Sammitdə iştirakım bunun reallıq olduğunu açıq şəkildə göstərir


Sammitdə iştirakım Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir.

Sizinxeber.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxışında bildirib.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı Sammitdə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən videoformatda qoşulacağam. Həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il əvvəl Prezident Koşta və Prezident fon der Leyen ilə görüşüm zamanı onlar 2026-cı ilin mayında sammitin Ermənistanda keçirilməsi ideyası barədə fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə balanslı yanaşmanın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul olundu və buna görə də üzvləri 2028-ci ilin mayında Azərbaycana dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan da namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün reallıq olduğunu açıq şəkildə göstərir”, - dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər

Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
Antonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib
"Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək
Antonio Koşta Prezident İlham Əliyevə zəng edib
Antonio Koşta Cənubi Qafqazda gedən prosesləri "tarixi" adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər