sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Avropa Siyasi Birliyi"nin sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək
"Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bildirib.
“Tiranada uğurlu Zirvə toplantısından sonra "Avropa Siyasi Birliyi" 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. Bu tədbir liderlər səviyyəsində Ümumavropa siyasi dialoqu üçün vacib platformaya çevrilib”, - Koşta qeyd edib.
O, sammitin 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək
Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir, Prezident iştirak edir
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













