Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
sizinxeber.az xəbər saytı

Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb


Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən sərnişin kanat yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər

Prezident Balakəndə sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı 5 milyon manat ayırıb
Qusarda yol tikintisinə 1,5 milyon manat ayrılıb
Prezidentdən yol təmiri ilə bağlı
Ağdaşda avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər