Vyetnam Kommunist Partiyası MK-nın Baş katibinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşılanma mərasimi olub.
Sizinxeber.az-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.
Prezident İlham Əliyev və Baş katib To Lam fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycan əsgərlərini salamlayıb.
Vyetnam və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra rəsmi foto çəkdirilib.
Oxşar xəbərlər
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana dövlət səfərinə gəlib
Azərbaycan Prezidentinin Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə məhdud tərkibdə görüşü başlayıb
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
