Dövlət başçısı CAR  Prezidentini təbrik edib
sizinxeber.az xəbər saytı

Dövlət başçısı CAR Prezidentini təbrik edib


Azərbatcan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib
Azərbaycan dövlət başçısı Çexiya Prezidentini təbrik edib
Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib
Prezident İlham Əliyev Keniya Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər