Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib


Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik ünvanlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Oxşar xəbərlər

Dövlət başçısı: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir
Azərbaycan dövlət başçısı Çexiya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Şri-Lanka dövlət başçısına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev finlandiyalı həmkarına təbrik ünvanlayıb
Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər