Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb
sizinxeber.az xəbər saytı

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi artırılıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.


Fərmana əsasən, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi

146 ştat vahidindən 164-ə, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidindən 57-ə və regional bölmələri üzrə 95 ştat vahidindən 107-ə qaldırılıb.

Oxşar xəbərlər

Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılır
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi artırılıb
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilib
KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb
Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər