Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında" fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Oxşar xəbərlər
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Prezident alkoqollu içkilərə minimum qiymət qoyulması haqqında qanunu təsdiqləyib
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilk oxunuşda təsdiqlənib
Alkoqollu içkilərin minimum qiymətinə dair qanunvericiliyə təklif edilən dəyişikliyin səbəbi məlum olub
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













