Azərbaycan Prezidenti: Rusiya bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın, biz qəti şəkildə bundan imtina etdik
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Rusiya bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın, biz qəti şəkildə bundan imtina etdik


“Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır”.

APA xəbər verir ki, bunun Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi: “Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Ona görə biz həm Qazaxıstan tərəfi ilə sıx təmasda olarkən bu mövqeyimizi bildirdik, həm də Rusiya tərəfinə mövqeyimizi bildirdik ki, ancaq beynəlxalq ekspertlərdən ibarət işçi qrup yaradılmalıdır və yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi...”

Oxşar xəbərlər

Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanın araşdırılmasında iştirak etməsi ilə bağlı rəsmi təklifindən imtina edib
İlham Əliyev təyyarə qəzası barədə: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik
Dövlət başçısı: Rusiya günahkarları cəzalandırmalı və təzminat ödəməlidir
Azərbaycan Prezidenti AZAL-ın Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırmasından danışıb
Azərbaycan təyyarə qəzasının MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılması barədə Rusiya və Qazaxıstanın təklifini rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər