İlham Əliyev təyyarə qəzası barədə: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik
sizinxeber.az xəbər saytı

İlham Əliyev təyyarə qəzası barədə: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik


Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq:

"Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır".

Oxşar xəbərlər

Prezident: "Dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi"
Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanın araşdırılmasında iştirak etməsi ilə bağlı rəsmi təklifindən imtina edib
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB
Azərbaycan Prezidenti: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik"
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər