27
dek
2024
18:00
yuxarı
İordaniya Kralı Prezident İlham Əliyevə baş sağlığı verib
İordaniya Kralı Prezident İlham Əliyevə baş sağlığı verib
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm".