TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.
Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük".
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Maldiv Prezidenti dövlət başçısı İlham Əliyevə başsağlığı ünvanlayıb
ŞƏT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı verib
Tacikistan Prezidenti Emoməli Rəhmondan Prezident İlham Əliyevə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













