

Prezident İlham Əliyev: Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır
“Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib”.
APA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı bildirib ki, Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır.
“Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”, - Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır
Prezident Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması faktını hər vəchlə danmağa çalışır
İcma sədri: Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir
Prezident beynəlxalq ictimaiyyətin Qərbi Azərbaycan İcması üzvlərinin qayıdışı üçün dinc təşəbbüsləri dəstəkləməsini əhəmiyyətli sayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
