

Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirdi.
İkitərəfli münasibətlərdə bu səviyyədə səfərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev Azərbaycan ilə Zimbabve arasında güclü əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu dedi.
Dövlətimizin başçısı Zimbabve Prezidentinin Azərbaycana səfərinin ikitərəfli gündəliyimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Emmerson Dambudzo Mnanqaqva dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə etdi.
O, İlham Əliyevə Prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı və bu qələbəni xalqın dövlətimizin başçısına göstərdiyi etimad kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu bildirildi, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsinin vacibliyi vurğulandı, iqtisadi aspektin də əməkdaşlığın inkişafında oynaya biləcəyi rol qeyd edildi. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırıldı.
İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrinin təsirinə məruz qaldıqları qeyd olundu və bu sahədə, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığa toxunuldu.
Söhbət zamanı kənd təsərrüfatı, təhsil və digər isitiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılmasının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinin önəmi bildirildi.
***
16:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb - FOTO
Prezident İlham Əliyev zimbabveli həmkarı ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb - FOTO - YENİLƏNİB
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Azərbaycan Prezidenti Vətən müharibəsində verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib
