Azərbaycan Prezidenti: Ermənistanla sülh müqaviləsi ilə bağlı prosesin irəli aparılması üçün qəti addımları davam etdirəcəyik
Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycandır.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Prosesin irəli aparılması üçün bundan sonra da qəti addımları davam etdirəcəyik
Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib - YENİLƏNİB
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək
İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













