Azərbaycan dövlət başçısı “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
APA xəbər verir ki, Mark Börns sonuncu dəfə ölkəmizdə 20 il əvvəl olduğunu deyərək, bu səfəri zamanı Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
O, ölkəmizin iqtisadi inkişafını yaxından izlədiyini dedi və Azərbaycanda istismar olunan “Gulfstream” təyyarələrinin, həmçinin Bakıya gəldikdə hava limanında gördüyü təyyarələrin sayını iqtisadi inkişafımızın yaxşı nümunəsi kimi qiymətləndirib. Mark Börns Azərbaycan ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsini qeyd edən qonaq bu yarışların Bakı trasının dünyanın ən maraqlı traslarından biri olduğunu deyib.
Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının və coğrafi mövqeyinin mülki aviasiyamızının gələcəkdə daha da inkişafı üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
13:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
“Formula 1” üzrə Azərbaycan “Qran-pri”: Birinci sərbəst yürüşdə iki qəza olub
Prezident İlham Əliyev Sergey Şoyqunu qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - YENİLƏNİB
Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












