Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
avq
2025
14:00

Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək

13 avq, 2025
14:00
668

Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək

Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Xüsusi icra məmurları haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Nazirlər Kabinetinə 4 ay ərzində Xüsusi İcra Məmurları Reyestrinin aparılması qaydalarını və xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu müddət ərzində Nazirlər Kabineti xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirlərini də müəyyənləşdirməlidir.

Bizimlə əlaqə saxlayın