“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib
sizinxeber.az xəbər saytı

“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib


“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qanuna əsasən xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundan sonra – icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) almış fiziki şəxsdir.
Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyata keçirir. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir.
Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Oxşar xəbərlər

“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi I oxunuşda qəbul edilib
Toğrul Hüseynov: “Xüsusi icra məmurları haqqında” qanun icra sisteminə çox mühüm dəstək verəcək
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək
Xüsusi icra məmuru fəaliyyətə başlamazdan əvvəl öz məsuliyyətini sığortalamalı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle