Xüsusi icra məmuru fəaliyyətə başlamazdan əvvəl öz məsuliyyətini sığortalamalı olacaq
Xüsusi icra məmuru şəhadətnaməsi almış şəxs peşə fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətə başlamazdan əvvəl öz məsuliyyətini sığortalamalı olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, xüsusi icra məmuru peşə məsuliyyətinin sığortası müqaviləsinin bitməsinə 10 (on) gün qalmış yeni sığorta müqaviləsini bağlamağa və həmin müqavilənin surətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməyə borcludur. Peşə məsuliyyətinin sığortası müqaviləsi olmadan xüsusi icra məmurunun fəaliyyət göstərməsi qadağandır.
Sənədə əsasən;
- Sığorta müqaviləsi üzrə sığorta məbləği minimum əməkhaqqının iki yüz mislindən az ola bilməz.
- Xüsusi icra məmuru baş vermiş sığorta hadisəsi barədə 10 (on) gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.
- Peşə məsuliyyətinin sığorta müqaviləsi üzrə sığorta hadisəsi xüsusi icra məmurunun icra sənədlərinin icrası zamanı yol verdiyi səhvlər nəticəsində üçüncü şəxslərin əmlak hüquqlarına dəymiş zərərin əvəzinin ödənilməsi üçün əsas olan hallardır.
Xüsusi icra məmurunun icra sənədlərinin icrası zamanı yol verdiyi səhvlər dedikdə aşağıdakılar nəzərdə tutulur:
- prosessual sənədlərin düzgün tərtib edliməməsi;
- fəaliyyəti nəticəsində ona məlum olan kommersiya və ya qanunla qorunan digər sirri təşkil edən məlumatların qanunsuz açıqlanması;
- icra sənədi icra olunduqdan və xüsusi icra məmurunun standart haqqı ödənildikdən sonra məcburi icra tədbirlərinin vaxtında ləğv edilməməsi nəticəsində borcluya zərər vurulması;
- barəsində icra hərəkətləri həyata keçirilən şəxslərin bu hərəkətlərin nəticələri barədə məlumalandırılmaması səbəbindən onlara zərər vurulması;
- peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi sənədlərin itirilməsi və ya zədələnməsi.
- Peşə məsuliyyətinin sığortası müqaviləsində üçüncü şəxslərin əmlak hüquqlarına dəymiş zərərin əvəzinin ödənilməsi üçün əsas olan digər hallar nəzərdə tutula bilər.
Oxşar xəbərlər
Xüsusi İcra Məmurlarının Reyestri yaradılacaq, qayda müəyyənləşir
Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşir
Xüsusi icra məmurlarının fəaliyyətinin təşkili qaydaları müəyyənləşir
Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq
Xüsusi icra məmuru statusunun əldə edilməsinə dair qaydalar müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












