Prezident İlham Əliyev: Tramp olmasaydı, Azərbaycan və Ermənistan sonsuz danışıqlar prosesini davam etdirməli olacaqdı
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bildirib ki, Prezident Donald Tramp Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda münaqişələrə son qoymağı bacarıb.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev vurğulayıb ki, son 30 il ərzində çoxsaylı insan itkisi, iki qanlı müharibə və böyük fəsadlar yaşanıb:
“Prezident Donald Tramp və onun heyəti, o cümlədən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff olmasaydı, ola bilsin ki, Azərbaycan və Ermənistan hələ də sonsuz danışıqlar prosesini davam etdirməli olacaqdı. Bu, həqiqətən də tarixi bir gündür. Bu gün Cənubi Qafqazda sülhün əsasını qoyuruq.”
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Prezident Tramp və onun komandası olmasaydı, Ermənistan və Azərbaycan tükənməyən danışıqlar prosesində qalardı
İlham Əliyev: Prezident Tramp Cənubi Qafqaza sülh gətirir
Prezident: "Tramp və komandası olmasaydı, Ermənistanla tükənməyən danışıqlar prosesində qalardıq"
Azərbaycan və Ermənistan Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcək
Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
