Zavod direktoru: "Kartaş Kimya"da yaxın müddətdə işçilərin sayı 200 nəfərə çatdırılacaq
"Kartaş Kimya"da yaxın müddətdə işçilərin sayı 200 nəfərə çatdırılacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Kartaş Kimya" MMC-nin direktoru Necmeddin Taşbak Sumqayıt Kimya Sənaye Parkına Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəssisənin işçi heyətinin və istehsal gücünün artırılması nəzərdə tutulub:
"Müəssisənin ümumi investisiya dəyəri 25 milyon manat təşkil edir. Burada 9,1 min kvadratmetr ümumi tikinti sahəsində yeddi istehsal xətti fəaliyyət göstərəcək. İstehsal sahəsinə quru qarışıqlar, beton əlavələri və su izolyasiya materialları daxildir.
Poliüretan və poliüre əsaslı su izolyasiya məhsulları, eləcə də epoksid əsaslı döşəmə örtükləri burada istehsal ediləcək. Əvvəllər istehsal etdiyimiz quru qarışıqların istehsalı da bu müəssisəyə keçiriləcək. Yaxın vaxtlarda müəssisədə işçilərin sayı 200 nəfərə çatdırılacaq".
Oxşar xəbərlər
“Kartaş Kimya” MMC-də 7 istehsal xətti fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkına media-tur təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkına media-tur təşkil edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkında gübrə istehsalı zavodunun tikintisinin xərci açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 9 milyon manat pul yatıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












