“Kartaş Kimya” MMC-də 7 istehsal xətti fəaliyyət göstərəcək
“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub.
Sizinxeber.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkına təçkil olunan media-turda “Kartaş Kimya” MMC-nin direktoru Nəsrəddin Taşbak deyib.
Qeyd olunub ki, zavodun ümumi illik istehsal həcmi 295 min ton, ümumi investisiya dəyəri 25 milyon manat təşkil edir. Burada 9100 kvadratmetr ümumi tikinti sahəsi var. 7 istehsal xətti fəaliyyət göstərəcək. İstehsal sahəsinə quru qarışıqlar, beton əlavələri və su izolyasiya materialları daxildir.
Müəssisədə poliüretan və poliüre əsaslı su izolyasiya məhsulları, eləcə də epoksid əsaslı döşəmə örtükləri istehsal olunacaq.
Mühəndislik və istehsalat sahələrində təxminən 250 nəfərə qədər işçi çalışacaq. Yaxın vaxtlarda bu müəssisədə 200 nəfərədək işçi fəaliyyət göstərəcək. Hazırda artıq 100-dən çox əməkdaş işləyir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.
Oxşar xəbərlər
Zavod direktoru: "Kartaş Kimya"da yaxın müddətdə işçilərin sayı 200 nəfərə çatdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkına media-tur təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkına media-tur təşkil edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 9 milyon manat pul yatıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Kimya Sənaye Parkında gübrə istehsalı zavodunun tikintisinin xərci açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












