Sumqayıt Kimya Sənaye Parkında gübrə istehsalı zavodunun tikintisinin xərci açıqlanıb
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 10,2 milyon manat investisiya yatırılacaq.
“Report” Agentliyə istinadən xəbər verir ki, söhbət Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-dən gedir. Şirkət tərəfindən Sənaye Parkının ərazisində istehsal gücü ildə 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodunun inşası nəzərdə tutulur.
Layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Beləliklə, Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.
Oxşar xəbərlər
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-ə çatıb
Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb
Ağdam Sənaye Parkının rezidentlərinin sayı 27-yə çatıb
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
ABŞ ordusu İrana zərbələr endirdi: Ölənlər var
-
Azərbaycanda bayram günlərinin havası açıqlanıb
