Sarıcalıya köç edən keçmiş köçkün: 33 ildən sonra ən böyük arzuma çatıram
sizinxeber.az xəbər saytı

Sarıcalıya köç edən keçmiş köçkün: 33 ildən sonra ən böyük arzuma çatıram


“Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. 33 ildən sonra ən böyük arzuma çatıram”.

“Sizinxeber.az” xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Məmmədov Əlyar deyib.

“Dövlətimiz bizə hər cür şərait yaradıb. Evlərimiz geniş və rahatdır, infrastruktur tam təmin olunub. Artıq bu torpaqlarda yaşamaq, işləmək və qurmaq bizim borcumuzdur”, - deyə o vurğulayıb.

Əlyar Məmmədov, həmçinin torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətləri olan Azərbaycan Ordusuna minnətdarlığını bildirib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib: “Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Oxşar xəbərlər

Şuşaya qayıdan sakin: Ən böyük arzuma çatmışam
Keçmiş məcburi köçkün: Cəbrayıla çatanda ilk torpağını öpəcəm
Keçmiş məcburi köçkün: "Ən böyük arzumuz bu gün çin olur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər