Qazaxıstanlı qonaqlar Komando və XTQ hərbi hissələrində olublar
- 18-04-2025, 11:00
- Siyasət / Daxili siyasət
- 0
- 952
Azərbaycanda səfərdə olan Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Qazaxıstan nümayəndə heyətini qarşılayan general-mayor Akif Pirverdiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib.
Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atışlar icra olunub.
Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.
Qazaxıstan nümayəndə heyəti daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr aparılıb.


width="220" alt="Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib" />
width="220" alt="Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />