Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilməsi mümkün olub
Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədilib.
Baş prokuror əlavə edib ki, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işləri ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.
Oxşar xəbərlər
Kamran Əliyev: Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun keçiriləcək
Kamran Əliyev: Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun aparılacaq
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi keçiriləcək
"Dqr"çilərin məhkəməsi başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












