Qərbi Azərbaycan Xronikası: Alban-türk memarlığını fərqləndirən əsas əlamətlər
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: Alban-türk memarlığını fərqləndirən əsas əlamətlər


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Alban-türk memarlığını fərqləndirən əsas əlamətlər” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan memarlıq nümunələrindən, alban-türk memarlığını fərqləndirən əsas əlamətlərdən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycanda memarlıq nümunələrinin əksər hissəsi tam dağıdılıb: “Ermənilər məxsusi şəkildə türbələrə ziyan vururdular. Ermənilər abidələrin üzərində tarixləri dəyişib, sütunlar qoyub, saxtalaşdırırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər

Xronika: Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xronika: Qərbi Azərbaycanda dağıdılan və erməniləşdirilən abidələr [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Qədim xristian Udi-Alban icması ermənilər üçün bəladır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: "Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər