Qərbi Azərbaycan Xronikası: Qədim xristian Udi-Alban icması ermənilər üçün bəladır
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Norveçlilər udilərdən nələri öyrəndilər” adlı veriliş efirə gedib.
“Sizinxeber.az” xəbər verir ki, verilişdə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Alban xristian irsinin erməni kilsəsinə tabe edilməsindən, udilərin tarixi və mədəni irsindən söz açıb.
O deyib ki, Azərbaycan tarixən çoxmillətli, çoxkonfessiyalı ölkədir: “Udilər tarixi sınaqlardan keçərək öz dillərini və Alban kilsəsini qoruyublar. Qədim xristian Udi-Alban icması bu gün ermənilər üçün böyük bəladır. Alban kilsəsinin bərpası erməni siyasəti üçün böyük təhlükədir və erməni yalanlarının darmadağın olmasına gətirib çıxaracaq”.
R.Mobili Norveç səyyahı Tur Heyerdalın Qəbələ rayonunun Nic kəndinə səfərinin əsas məqsədinə, norveçlilərin udilərdən nələri öyrəndiyinə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Xronika: Qərbi Azərbaycanda dağıdılan və erməniləşdirilən abidələr [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: “Qırğızıstanda böyük Alban izi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Qıpçaqvəng kompleksində abidələri dağıdıb, erməni kilsəsinə çeviriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Robert Mobili: “COP29 Azərbaycan üçün möhtəşəm tədbirdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: "Ermənilərin Qafqazda ilk abidəsi 1869-cu ildə Bakıda tikilən kilsədir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












