MSK-ya daxil olmuş müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib
sizinxeber.az xəbər saytı

MSK-ya daxil olmuş müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib


Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

Əvvəlcə Komissiyanın katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib.

Sonra 72 saylı Cəlilabad kənd və 115 saylı Şəki kənd seçki dairələri üzrə Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

İclas çərçivəsində müraciətlərin mümkün qədər tez araşdırılması və əsaslandırılması ilə bağlı tapşırıq verilib.

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Oxşar xəbərlər

MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK bəzi şikayətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məzahir Pənahov: Müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər