Saatlıda bələdiyyə seçkilərində yaşı 100-dən çox olan 11 uzunömürlü səs verəcək
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Saatlı rayonunda yaşı 100-dən çox olan 11 nəfər səs verəcək.
Bu barədə “Report”un Aran bürosuna 66 saylı Saatlı Dairə Seçki Komissiyasının sədri Arif Əliyev məlumat verib.
O, bildirib ki, bunların ən uzunömürlüsü 106 yaşlı qadındır. Səsvermədə 80-100 yaş arasında olan 399 nəfər də iştirak edəcək.
Komissiya sədri onu da vurğulayıb ki, 8 bələdiyyə uğrunda qeydə alınmış 197 namizəd mübarizə aparacaq. Bunlardan 94 nəfəri bələdiyyə üzvlüyünə seçiləcək.
Qeyd edək ki, 66 saylı Saatlı seçki dairəsində 48 min 008 nəfərin səsvermədə iştirakı üçün 47 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin hamısında seçici və müşahidəçilər üçün hər cür şərait yaradılıb.
Oxşar xəbərlər
Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək
Gəncədə 39 saylı dairədə bələdiyyə seçkilərində 3 uzunömürlü səs verəcək
Salyanda 100 yaşdan yuxarı 5 seçici səsvermədə iştirak edəcək
Salyan – Biləsuvar – Neftçala seçki dairəsində 206 nəfər ilk dəfə səsvermədə iştirak edəcək
Bələdiyyə seçkilərində Gəncə birinci seçki dairəsində 77 nəfər ilk dəfə səs verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













