Şəhid anası: Xoşbəxtəm ki, yeganə oğlumu vətən uğrunda şəhid olacaq dərəcədə vətənpərvər böyütmüşəm
Doğma yurdlarına dönən insanların müəyyən kədəri olsa da, sevincləri daha çoxdur.
Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşı ilə söhbət zamanı Xocalı sakini, Vətən müharibəsinin şəhidi Əlzamin Ramazanlının anası Adilə Ramazanova deyib.
O, doğma yurda qayıdan insanların özlərini xoşbəxt hesab etdiklərini bildirib:
“İndi burada qürurla gəzirik, doğma yurdumuza döndüyümüz üçün şükür edirik. Mən həm də bir ana kimi çox xoşbəxtəm ki, burada doğulmayan övladıma da ata-baba yurdunu sevdirməyi bacarmışam.
Torpaqlarımıza fəxrlə qayıtmışıq. Onu da bildirim ki, bu qürurlu, sevincli anlarımın yanında bir kədər və üzüntü də var. Lakin kədərim nə qədər acı olsa da, sevincim daha çoxdur. Çünki torpaqlarımız artıq azaddır.
Xalqımızın başının uca olduğu bu qürurlu anlara görə ölkə başçısına bir şəhid anası olaraq təşəkkür edirəm. Şanslı Azərbaycan qadını və bir Azərbaycan igidinin anası kimi bu uğurları gördüyüm üçün çox şadam”.
Oxşar xəbərlər
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq
Şəhid anası: Fəxr edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən övladlar var
Polad Həşimov şəhid olanda Xudayar dedi ki... - Şəhidimizin anası
Şirvanda şəhid anası seçicilərə müraciət etdi - VİDEO
Şəhid anası: Doğum günündə mənə zəng edəcəkdi, amma üçrəngli bayrağa bükülmüş tabutu gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













