Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır
Qazaxıstanın Aktau şəhərində təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclasında məlumat verilib.
Qeyd edilib ki, xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
Həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında Azərbaycana evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.
Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.
Oxşar xəbərlər
Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib, müvafiq tapşırıqlar verilib
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
Aktauda müalicəsi davam edən Azərbaycan vətəndaşlarının evakuasiyasının təşkili ilə əlaqədar tədbirlər görülür
Təyyarə qəzasında həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır
Təyyarə qəzasının səbəblərini araşdıran Dövlət Komissiyasının iclası keçirilib, tapşırıqlar verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












