YAP-ın bələdiyyə üzvlüyünə 8071 namizədinin siyahısı təsdiqlənib
Dekabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
APA xəbər verir ki, iclasda ilk olaraq Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyən edildiyini və onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.
Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.
Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.
Oxşar xəbərlər
MSK sədri: 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
YAP-ın iki rayon təşkilatının sədri vəzifəsindən azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












