Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılır
Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır.
"Report" xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.
Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir.
Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.
Xatırladaq ki, MSK-nın qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Oxşar xəbərlər
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












