İcma sədri: Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqdan cəmi ikisinin varlığı müəyyən edilib
sizinxeber.az xəbər saytı

İcma sədri: Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqdan cəmi ikisinin varlığı müəyyən edilib


Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda apardığımız monitorinqlər nəticəsində onlardan cəmi ikisinin varlığı müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 200 illik təcrübə göstərir ki, ermənilər hər zaman Azərbaycanın tarixini məhv etmək, mədəni irsini yoxa çıxartmağa çalışıblar:

"Bizim Qərbi Azərbaycanda 600 qəbiristanlıqda keçirdiyimiz monitorinqin nəticələri göstərdi ki, onlardan 450-nin heç izi də qalmayıb. 150-ə yaxın qəbiristanlığın isə sadəcə dağıntıları qalıb və bərpa etmək demək olar, mümkünsüzdür. Cəmi iki qəbiristanlığı müəyyən edə bildik".

Ə.Ələkbərli bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: "Hazırda məscid və türbələrdə monitorinqlər aparılır".

Oxşar xəbərlər

Əziz Ələkbərli: Qərbi Azərbaycan ərazisindəki 600 qəbiristanlıqdan yalnız 2-i qalıb
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaxın günlərdə iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər