Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək  qəbul ediləcək
sizinxeber.az xəbər saytı

Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək


Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər yanvarın 9-dək qəbul ediləcək.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsinə səsvermə gününə ən azı 20 gün qalanadək davam edir.

Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 9-dək olan dövrü əhatə edir.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, MSK səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 19-dək olan dövrü əhatə edir.

Oxşar xəbərlər

Parlament seçkilərində “exit-poll” keçirmək üçün sənədlərin qəbul edilməsi üçün ayrılan müddət sabah başa çatır
Akkreditasiya üçün müddət başa çatıb, parlament seçkilərində 3 təşkilat exit-poll keçirəcək
Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb
Parlament seçkilərində exit-poll keçirmək üçün iki təşkilat qeydə alınıb
Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər