Məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq
Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hazırlanan yeni fəaliyyət planında öz əksini tapıb.
Komitənin Hüquqi təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə qurumun rəsmi feysbuk səhifəsindəki canlı yayımda bildirib ki, fəaliyyət planının layihəsi yaxın aylarda aidiyyəti dövlət qurumlarına göndəriləcək:
"Vətəndaşların məlumat bankında müraciət edən şəxsin əvvəllər zorakılığa məruz qalıb-qalmadığı, ona hansı hüquqi yardımların göstərildiyi, prosesin nəticəsi və s. haqqında məlumatlar öz əksini tapacaq".
Xatırladaq ki, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı"nının icra müddəti başa çatıb.
Bildirək ki, BMT Baş Assambleyasının 1999-cu ilin dekabrında qəbul etdiyi qətnaməyə əsasən, hər il noyabrın 25-də Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü kimi qeyd olunur.
Oxşar xəbərlər
Bahar Muradova: Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı üzərində işləməliyik
VK sədri: Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil
Qüdrət Həsənquliyev: Kişilər məişət zorakılığından daha çox əziyyət çəkir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
