YAP Zəfər gününə həsr olunan tədbir keçirib - FOTO
sizinxeber.az xəbər saytı

YAP Zəfər gününə həsr olunan tədbir keçirib - FOTO


Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "8 noyabr - Zəfər günü"nə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə YAP Mərkəzi İcra Aparatının rəhbərliyi, hakim partiyanı Milli Məclisdə təmsil edən deputatlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub: “Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olmaqla ata vəsiyyətini, Vətənə sədaqət andını və xalqa vədini şərəflə yerinə yetirib. Azərbaycanın Qələbəsi regionda ədalətli geosiyasi nizamın təşəkkülü, yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh və etimad quruculuğunun həyata keçirilməsi baxımından böyük önəmə malikdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yeni mərhələdə olduqca vacib siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışlar meydana çıxıb. Bunlardan biri də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır. Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir”.

Milli Məclis sədrinin birinci müavini, YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, 44 gün davam edən müharibə zamanında Azərbaycan gənclərinin müharibəyə könüllü getmək istəməsi gənc nəslin dərin və dönməz milli ruha sahib olduğunu göstərir: “Bütün ölkələrdə və bütün dövrlərdə istənilən müharibəni həll edən şəxsiyyət və sərkərdə olur. Bu zəfər Prezident İlham Əliyevin qələbəsi, onun həyata keçirdiyi siyasətin uğurudur. Azərbaycanın inamlı Zəfəri nəticəsində hazırda Ermənistanla sülh gündəliyi müzakirə olunur".

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Oxşar xəbərlər

Tahir Budaqov: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi milli maraqlara əsaslanan qətiyyətli siyasətin nəticəsidir
YAP-ın təşkilatçılığı ilə baş tutan “Nə? Harada? Nə zaman?” oyununun mükafatlandırma mərasimi keçirilib
FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib
Zəfər Günü UNEC-də böyük təntənə ilə qeyd edilib
Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle