Zahid Oruc: Cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi yanaşma tamamilə yanlışdır
sizinxeber.az xəbər saytı

Zahid Oruc: Cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi yanaşma tamamilə yanlışdır


İnzibati Xətalar Məcəlləsində tullantılarla bağlı cərimələrin artırılması ilə bağlı dəyişikliklərin sosial şəbəkələrdə insanların demək olar müsbət reaksiyasına səbəb olduğu müşahidə edilib, çünki bir çox ölkələrdə sanksiya dərəcələri demək olar yüksəkdir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi anlayış və yanaşmalar tamamilə yalnışdır:

“Real mənzərəyə bir az geniş aspektdən baxmalıyıq. Misal olaraq, 2018-ci ilin göstəricilərinə görə, 10 min şəxs tütün məmulatlarının atılması ilə bağlı 383 min manata yaxın cərimələnib. Göründüyü kimi rəqəmlər böyük deyil”.

Z.Oruc vurğulayıb ki, qanunun fəlsəfəsi ilk növbədə insanları kütləvi cərimələmək deyil, əksinə çəkindirici funksiyasıdır.

Oxşar xəbərlər

Zahid Oruc: "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəriməni 200 manata qaldırmaq nə deməkdir? [xfgiven_updateblue][/xfgiven_updateblue]
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər