“Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması üçün Milli Məclisə müraciət ediləcək
sizinxeber.az xəbər saytı

“Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması üçün Milli Məclisə müraciət ediləcək


Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüqüqunu danmasını kəskin şəkildə pisləyirik.

"Sizinxeber.az" xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, İcma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib:

"Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".

Oxşar xəbərlər

İcma Ermənistandan Azərbaycanın suverenliyini təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: "Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoyulmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər