YAP-ın parlament seçkilərində 68 namizədi liderdir
Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi liderdir.
"Sizinxeber.az" verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.
İlkin açıqlanan nəticələrə görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəliblər.
Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Ədalət, Haqq və Demokratiya Partiyası (ƏHD) 2, Böyük Azərbaycan Partiyası (BAP) 1, Respublikaçı Alternativ (ReAl) 1, Milli Cəbhə Partiyası (MCP) 1, Demokratik Maarifçilik Partiyası (AMDP) 1, Demokratik İslahatlar Partiyası (ADİP) 1, Böyük Quruluş Partiyası (BQP) 1 və Milli İstiqlal Partiyası (AMİP) 1 nəfərlə təmsil olunacaq.
Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.
Oxşar xəbərlər
"Oracle Advisory Group” "exit-poll" üzrə partiyaların səstoplama siyahısını açıqlayıb
Böyük Quruluş Partiyası: Seçkilər azad rəqabət şəraitində keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
