“Oracle Advisory Group”: Parlament seçkilərində 63 min seçicini "exit-poll"a cəlb etdik
Builki parlament seçkiləri çərçivəsində "exit-poll" nəticələrimiz üçün 63 min seçicini əhatə etdik.
"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan deyib.
"Yenidən Azərbaycanda olmaqdan məmnunuq. Bizim komandamız Azərbaycanda 2013-cü ildən bəri fəaliyyət göstərir. Ölkə üzrə hazırlıq işlərini komandamız üç-dörd həftə ərzində aparıb. Builki parlament seçkiləri çərçivəsində biz 63 min seçicini əhatə etdik. Ölkə üzrə 875 seçki məntəqəsində 1750 təmsilçimiz çalışıb. Sahədə 80 nəzarətçimiz fəaliyyət göstərib", - o qeyd edib.
Vlada Qalan qeyd edib ki, bu cür seçkilərdə "exit-poll" nəticələri ilə bağlı səhv payı 0,45 faizdir: "Yəni nəticələr real nəticələrə yaxındır".
Oxşar xəbərlər
ABŞ təşkilatı: Seçicilər sualları aktiv şəkildə cavablandırıblar
“Oracle Advisory Group” təşkilatının təmsilçisi: Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər
Seçki günü 2500-ə yaxın məntəqədə exit-poll keçiriləcək
2500-ə yaxın məntəqədə exit-poll keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
